RU

Yerin təki sahələrinin rekultivasiyası həyata keçiriləcək

Bakı. Trend:

Yerin təki sahələrinin rekultivasiyası həyata keçiriləcək.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin Təbii ehtiyatlar,energetika və ekologiya komitəsinin bugünkü iclasında müzakirəolunan “Yerin təki haqqında” Qanunda dəyişiklik edilməsi barədəqanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, yerin təki istifadəçiləri işlərinaparıldığı ərazidə torpağın münbitliyinin və digər faydalıxassələrinin qorunması, bərpa edilməsi və yüksəldilməsi, o cümlədənətraf mühitin vəziyyətinin yaxşılaşdırılması məqsədilə həmintorpaqların rekultivasiyasını rekultivasiya planı əsasında təminetməlidirlər.

Rekultivasiya planı faydalı qazıntıların istismarını, eləcə dəyeraltı qurğuların tikintisini və istismarını həyata keçirən fizikivə hüquqi şəxslər tərəfindən yerin təkindən istifadə hüququ əldəedildikdən sonra 3 ay müddətində müvafiq icra hakimiyyəti orqanınınmüəyyən etdiyi orqanın (qurumun) rekultivasiya planına dair dövlətekoloji ekspertizasının müsbət rəyi ilə birlikdə müvafiq icrahakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdimedilməlidir.

Yerin təkindən istifadə sahəsinin xüsusiyyətləri, süxurlarınkimyəvi tərkibi, çirklənmənin növündən asılı olaraqrekultivasiyanın üsulları (mexaniki, bioloji, kimyəvi, termik) vəistiqamətləri, o cümlədən müddəti müəyyənləşdiriləcək, istismarındərinliyi, faydalı qazıntının növü və istismar ediləcək həcmə uyğunolaraq rekultivasiya planı tərtib ediləcək.

Rekultivasiya planı hazırlanarkən aşağıdakılar nəzərəalınacaq:

  • torpağın münbit qatının həcmi və götürüləcək torpağıntoplandığı ərazi;
  • faydalı qazıntıların və yanakı süxurların xüsusiyyətləri;
  • ərazinin hidrogeoloji və mühəndis-geoloji şəraiti;
  • süxurların saxlanılma dövründə öz xüsusiyyətlərini dəyişməsininmümkünlüyü və ətraf mühitə təsiri;
  • yeraltı suların çirklənməsinin yolverilməzliyi;
  • faydalı qazıntıların istismarının müddəti;
  • bərpanın üsulları və ardıcıllığı;
  • bərpa müddəti.

Yerin təki ilə bağlı işlərin aparıldığı ərazilər üzrərekultivasiya qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyənetdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

Избранный
56
az.trend.az

1Источники