RU

Almaniya Silahlı Qüvvələri yerli konfiqurasiyadakı ilk IRIS-T SLM HHM sistemini təhvil alıb

Almaniya Silahlı Qüvvələri yerli konfiqurasiyada olan ilk IRIS-T SLM hava hücumundan müdafiə (HHM) sistemini təhvil alıb.

“Poliqon” xəbər verir ki, bu barədə Almaniya Hərbi Hava Qüvvələri (HHQ) məlumat yayıb.

Məlumata görə, sistem 61 saylı Hava Hücumundan Müdafiə Raket Qrupuna təqdim olunub. Yeni sistemin qısa müddətdə qoşunlara inteqrasiya olunması, ondan istifadə edəcək şəxsi heyətin hazırlanması və döyüş növbətçiliyinə qəbul edilməsi planlaşdırılır.

“IRIS-T SLM ilə hava hücumundan müdafiəmizi əhəmiyyətli dərəcədə gücləndiririk. Sistem həm mülki, həm də hərbi infrastrukturumuzun qorunmasında əsas komponentdir”, – deyə Almaniya HHQ tərəfindən qeyd edilib.

Избранный
12
poliqon.az

1Источники