Neftçala rayonunda zəhərlənmə hadisəsi qeydə alınıb.
Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Bankə qəsəbəsində keçirilən ad günü məclisində baş verib.
Həmin tədbirdə iştirak edən 5 qohum gecə saatlarında qidadan zəhərlənmə diaqnozu ilə Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlara tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az