RU

Dünən Göygöldə şagirdlərin kütləvi zəhərlənməsi araşdırılır - AQTA

Bakı. Trend:

Göygöl rayonu Aşıqlı kənd tam orta məktəbində 10 şagirdinzəhərlənmə şübhəsi ilə Göygöl Rayon Mərkəzi Xəstəxanasına müraciətolunub.

Bu barədə Trend-in sorğusuna cavab olaraq AQTA-dan məlumatverilib.

Bildirilir ki, şagirdlərə ilkin tibbi yardım göstərilib,dəqiqləşdirilməmiş qeyri-infeksion qastroenterit diaqnozuqoyulub:

"Faktla bağlı Qida Təhlükəsizliyi Agentliyi tərəfindənaraşdırmalara başlanılıb. Nümunələr götürülərək müayinələrə cəlbolunub. İctimaiyyətə əlavə məlumat veriləcək".

Qeyd edək ki, hadisə ilə bağlı TƏBİB-dən sorğumuza cavab olaraqbildirilib ki, dünən saat 13:00 radələrində Göygöl rayonuərazisində zəhərlənmə şübhəsilə 10 nəfər (7 kişi, 3 qadın)yeniyetmə Göygöl Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardımşöbəsinə hospitalizasiya olunub.

"Onlara digər dəqiqləşdirilməmiş qeyri-infeksionqastroenteritlər və kolitlər diaqnozu təyin olunub və zəruri tibbiyardım göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilənşəxslərin hər biri ambulator müalicə üçün evə buraxılıb".

Göygöl rayon C.Verdiyev adına Aşıqlı kənd tam orta ümumtəhsilməktəbindən isə sorğuya cavab olaraq dərs prosesi zamanı 10 nəfərşagird özünü pis hiss etdiyi, dərhal xəstəxanaya çatdırıldıqlarıbildirilib:

"Hazırda məktəblilər həkim nəzarətindədirlər, onların müayinəsiaparılır. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətindəmüvafiq qurumlarla birgə araşdırma aparılır", məlumatda qeydolunub.

Избранный
11
3
az.trend.az

7Источники