ain.az xəbər verir, Fanat saytına əsaslanaraq.
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən "Qarabağ" klubunun U-15, U-16, U-17 və U-19 komandaları üçün antidopinq mövzusunda maarifləndirmə seminarı təşkil olunub.
Fanat.Az xəbər verir ki, tədbirdə gənc futbolçulara qadağan olunmuş maddələr və üsullar, dopinq nəzarəti prosesi, eləcə də təmiz və ədalətli idman prinsipləri barədə ətraflı məlumat çatdırılıb.
İştirakçılara 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək yeni Ümumdünya Antidopinq Məcəlləsinin tələbləri, test prosedurları və mümkün intizam sanksiyaları izah edilib. Görüş zamanı idmançıların hüquq və öhdəlikləri, ciddi məsuliyyət prinsipi və terapevtik istifadə üçün istisnalar diqqətə çatdırılıb. Eyni zamanda narkotik vasitələrin istifadəsinin sağlamlığa, karyeraya və şəxsi həyata mənfi təsirləri real nümunələr əsasında şərh olunub.
Qeyd edək ki, seminarın əsas məqsədi gənc idmançılarda erkən yaşlardan düzgün dəyərlər formalaşdırmaq və onları mövcud risklərdən qorumaqdır.
Abunə Ol
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.