RU

Qarabağ Nyukasl səddini aşaraq yeni bir tarix yaza biləcəkmi?

ain.az, Oxumeni.az portalına istinadən məlumat yayır.

"Qarabağ" "Nyukasl" səddini aşaraq yeni bir tarix yaza biləcəkmi?

Son 10-12 ildə baş məşqçi Qurban Qurbanovun rəhbərliyi altında Azərbaycan futbolu tarixində yeni bir şərəfli səhifə açan "Qarabağ" sabah yerli vaxtla saat 21.45-də Bakıda doğma divarlar önündə Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda dünyanın ən güclü klublarından biri olan İngiltərənin "Nyukasl"ı qəbul edəcək. Bu oyun nəinki Azərbaycanın, həm də dünya fubolunun tanınmış ekspertlərinin, o cümlədən azarkeşlərinin xüsusi diqqət mərkəzindədir. Bu da səbəbsiz deyil. "Qarabağ" pley-off matşına kimi özünəməxsus bir tarix yazaraq ən güclü rəqiblərini belə məğlub etməyi bacardı. Açığını deyək ki., Çempionlar Liqasının pley-off mərhələsində Azərbaycan çempionunu görəcəyini az adam gözləyirdi, amma "Qarabağ" nüfuzlu Avropa yarışına inamlı startdan sonra heç bir yavaşlama əlaməti göstərmədi və nəticədə pley-off-a vəsiqə qazandı. "Enfild"də 6-0 hesabı ilə uduzduqdan sonra "Qarabağ" liqada üç dəfə bir qol fərqi ilə qalib gəldi və Kubokda "Şamaxı"ya da məğlub oldu. İndi onu "Nyukasl"a daha çətin bir sınaq gözləyir. Çünki "Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan komandası olub.

"Qarabağ"la oyun ərəfəsində "Nyukasl" son oyunlarda 4 məğlubiyyət və "Paris Sen-Jermen"ə qarşı heç-heçə olmaqla beş oyunluq qələbəsiz seriyaya sahib oldu. "Nyukasl" əvvəlcə İngiltərə Premyer Liqasında "Tottenhem"i məğlub edərək, sonra səfərdə də qalib gələrək "Aston Villa"nı FA Kubokundan çıxardıb. Bu baxımdan ingilis klubu Bakıya Azərbaycan komandasına qarşı oyuna yaxşı əhval-ruhiyyə ilə gəliblər. İngilis komandasının matçdan əvvəl daha çox heyət problemi var, lakin onların daha uzun ehtiyat oyunçuları da var.

Qeyd edək ki, "Qarabağ" "Nyukasl"la əvvəllər heç vaxt qarşılaşmayıb. Bununla belə faktlar heç də klubumuzun xeyrinə deyil. Belə ki, "Qarabağ" "Nyukasl"la oyuna kimi İngiltərə klublarına qarşı keçirdiyi əvvəlki doqquz Avropa oyununda qələbə qazana bilməyib, səkkizində məğlub olub, bir oyunu heç-heçə ilə başa vurub. Bununla belə "Qarabağ" Çempionlar Liqasının son altı ev oyununun hər birində iki və ya daha çox qol vurub.

"Nyukasl"a gəlincə bu komanda son 15 Avropa səfər oyununun yalnız ikisində qalib gəlib və buna paralel olaraq ingilis klubu heç vaxt Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazana bilməyib.

Ümumilikdə, "Qarabağ" "Kopenhagen", "Çelsi" və "Ayaks"a qarşı ev oyunlarında iki, "Ayntraxt" Frankfurta qarşı isə üç qol vurub. Bu baxımdan "Qarabağ"ın Nyukasl"la öz meydanında görüşündə ən azında heç-heçə edəcəyini , məğlub olmayacağını, hətta qələbə belə qazana biləcəyini ehtimal etmək olar. İstənilən halda bu iki komandadan hansının növbəti mərhələyə yüksələcəyini öncədən söyləmək asan deyil. Əgər "Qarabağ" Bakıda"Nyukasl" ən azından məğlub olmasa, onda bu komandalardan hansı birinin növbəti mərhələyə yüksələcəyi səfər oyununda İngiltərədə məlum olacaq. Ümid etmək və inanmaq istəyirik ki, "Qarabağ" Azərbaycan və dünya futbolunda daha şanlı bir səhifə açaraq, sözün əsl mənasında möcüzəyə imza ataraq növbəti mərhələyə vəsiqə qazanacaq. Bu yolda "Qarabağ"a uğurlar arzulayırıq.

Əziz MUSTAFA

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
11
50
oxumeni.az

10Источники