RU

Füzulidə ağır QƏZA: Bir nəfər öldü, dörd nəfər...

Avtosfer saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Füzuli Rayon Mərkəzi Xəstəxanası hadisə barədə məlumat yayıb. Bildirilib ki, fevralın 16-sı saat 17:30 radələrində baş verən yol qəzası səbəbilə xəsarət alan 6 nəfər (4-ü kişi, 2-si qadın olmaqla) xəstəxanaya hospitalizasiya olunub.

Onlara bədənin müxtəlif nahiyələrinin çoxsayılı travması diaqnozu təyin olunub.

Xəsarət alan şəxslərdən 2002-ci il təvəllüdlü şəxs (kişi) Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə olunub.

4 nəfərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.

Aparılan reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq 1981-ci il təvəllüdlü şəxsin (qadın) bioloji ölüm faktı qeydə alınıb.

***

Füzuli rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az "Report"a istinadla xəbər verir ki, hadisə rayonun Kərimbəyli kəndi ərazisində qeydə alınıb.

Belə ki, "QAZel" markalı yük avtomobili ilə "Mercedes" markalı minik avtomobili toqquşub.

Nəticədə minik avtomobilində olan 44 yaşlı Beyləqan rayon sakini Tərgül Allahyar qızı Mirzəyeva hadisə yerində həlak olub.

"Mercedes"in sürücüsü Bakir Qardaşxanov və onun sərnişinləri - Sərvan Mahmud oğlu Qalsanov, Rauf Vüqar oğlu Ağalarzadə və Brilyant Təbriz qızı Atakişiyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Oxunub 30

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
13
1
avtosfer.az

10Источники