RU

4 deputatımız Vyanaya gedir

Modern.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Milli Məclisin ATƏT Parlament Assembleyasındakı nümayəndə heyətinin rəhbəri Qaya Məmmədov, nümayəndə heyətinin üzvləri Azay Quliyev, Sevinc Fətəliyeva və Tural Gəncəliyev qurumun 25-ci qış sessiyasında iştirak etmək məqsədi ilə fevralın 18-də Avstriyanın Vyana şəhərinə səfər edəcəklər.

Modern.az xəbər verir ki, sessiya çərçivəsində təşkilatın Daimi komitəsinin habelə, Siyasi məsələlər və təhlükəsizlik, Demokratiya, insan haqları və humanitar məsələlər, İqtisadiyyat, elm, texnologiya və ətraf mühit üzrə ümumi komitələrinin iclasları keçiriləcək.

Milli Məclisin deputatları iclaslarda müzakirəyə çıxarılacaq məsələlərə öz münasibətlərini bildirəcəklər.

Səfər fevralın 22-də başa çatacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
59
modern.az

1Источники