RU

Prezidentin Münxen səfərində nələr yaşandı? Mühüm detallar

ain.az bildirir, GlobalInfo portalına istinadən.

“Münxen Təhlükəsizlik Konfransı qlobal təhlükəsizlik, enerji, nəqliyyat dəhlizləri və Cənubi Qafqazda sülh prosesi kimi aktual mövzuları əhatə edib. Konfransda transatlantik əlaqələr, Ukrayna münaqişəsi və regional əməkdaşlıq məsələləri ətraflı müzakirə olunub”.

Bu sözləri Globalinfo.az-a Ədalət Partiyasının sədri, siyasi şərhçi Mütəllim Rəhimli deyib.

Siyasi şərhçi bildirib ki, Prezident İlham Əliyev konfransda çıxışı zamanı region ölkələrinin birgə səyləri ilə nəqliyyat və enerji infrastrukturu layihələrinin inkişafı, ABŞ-ın davamlı dəstəyi və alternativ ssenarilərə hazırlıq barədə danışıb:

“O, Azərbaycanın enerji təhlükəsizliyində strateji əhəmiyyətinə və Cənubi Qafqazda sabitliyin qlobal müstəvidəki vacibliyinə diqqət çəkib. Dövlət başçısı səfər çərçivəsində Münxendə Ukrayna Prezidenti Volodimir Zelenski, Avropa İttifaqının ali nümayəndəsi Kaya Kallas, Bolqarıstan Prezidenti, ABŞ şirkətlərinin rəhbərləri və digər yüksək səviyyəli şəxslərlə mühüm görüşlər keçirdi. Bu görüşlər Azərbaycanın beynəlxalq əlaqələr şəbəkəsini genişləndirməsinə xidmət edib.

Mütəllim Rəhimli

Prezident “France 24” telekanalına verdiyi müsahibədə Azərbaycanla Ermənistan arasında sülhün əldə olunduğunu vurğulayıb. O, 2025-ci ilin avqustundan bəri sərhəddə atışma və itki olmadığını, Ermənistana yüklərin daşınması üçün yolların açıldığını və qarşılıqlı ticarətin başladığını qeyd edib. Həmçinin 2026-cı ildə sülh müqaviləsinin imzalanacağına ümidvar olduğunu bildirib. Prezident İlham Əliyev Bakıda məhkəməsi davam edən erməni hərbi cinayətkarla bağlı prosesləri Nürnberq məhkəmələri ilə müqayisə edərək, onların ağır cinayətlər törətdiyini deyib. Fransa ilə münasibətlərin yenidən qurulması perspektivindən də danışan dövlət başçısı, ölkəmizin mövqeyini açıqlayıb. Prezident müsahibəsində ölkəmizin sülh və əməkdaşlıq tərəfdarı olduğu mesajını verib.

Ümumilikdə, Prezident İlham Əliyevin Münxendəki çıxış və görüşləri Azərbaycanın regionda sülh təşəbbüskarı, etibarlı enerji və nəqliyyat tərəfdaşı kimi mövqeyini möhkəmləndirib. Bu, 2026-cı ildə Cənubi Qafqazda davamlı sülh və əməkdaşlıq perspektivlərini inkişaf etdirən mühüm addım kimi dəyərləndirilə bilər”.

Turan Rzayev

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
80
globalinfo.az

1Источники