ain.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Fevralın 16-da İranın İkinci Liqasının oyunları çərçivəsində Təbrizin qadınlardan ibarət “Traktor” futbol komandası ilə “Pədideye Sircan” komandası ilə qarşılaşıb.
Axar.az xəbər verir ki, rəqib komandanın stadionunda keçirilən oyun 3:0 hesabı ilə Təbriz təmsilçisinin xeyrinə başa çatıb.
Bununla da Təbrizin qadınlardan ibarət “Traktor” futbol komandası 6 xalla turnir cədvəlinin birinci pilləsinə yüksəlib və birinci liqaya keçməsi qətiləşib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.