Bakı. Trend:
2025-ci ildə Azərbaycandan Türkiyəyə 11 milyard 915,35 milyonkubmetr təbii qaz ixrac edilib.
Trend xəbərverir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun(Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatına istinadənxəbər verir.
Məlumata görə, bu, 2024-cü ildəki göstərici ilə müqayisədə 3,8%çoxdur.
Hesabat ilində 11 milyard 524,83 milyon kubmetr təbii qazuzunmüddətli razılaşma əsasında, 390,5 milyon kubmetr isə spotəsasında təchiz edilib.
Təkcə 2025-ci ilin dekabr ayında isə Azərbaycandan Türkiyəyə 1milyard 80,66 milyon kubmetr təbii qaz ixrac edilib ki, bu da2024-cü ilin eyni ayı ilə müqayisədə 4,17% çoxdur.
Bununla da dekabrda Azərbaycan Türkiyəyə təbii qaz ixrac edənüçüncü ölkə olub.
Qeyd edək ki, Türkiyəyə Azərbaycanın "Şahdəniz" yatağından hasiledilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz BoruKəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Təbii Qaz Kəməri(TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır.