Hər il mütəmadi olaraq Türkiyədə təşkil olunan TEKNOFEST texnologiya yarışına qeydiyyat prosesi başlayıb.
İnterpress.az SUMTV-yə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı Səfirliyi məlumat yayıb.
Bildirilib ki, Şanlıurfada keçiriləcək yarışlara qeydiyyat prosesi fevralın 20-dək davam edəcək.Yarışa qoşulmaq istəyənlər https://www.teknofest.org/tr/ saytına müraciət edə bilərlər.Qeyd edək ki, “TEKNOFEST-2026” Sentyabrın 30-dan Oktyabrın 4-dək keçiriləcək.