RU

Türkçülük təliminin mahiyyəti: siyasi ideoloji, yoxsa sosial fəlsəfi cərəyan

ain.az bildirir, Turkstan.az saytına əsaslanaraq.

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun

Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir

fəlsəfəsi şöbəsinin müdiri, dos., dr. Faiq Ələkbərli

IV yazı

Əli Bəy Hüseynzadənin “Türk­lük, Müsəlmanlıq və Avropalılıq” tezislərini Türkləşmək, İslamlaşmaq, Muasirləşmək kimi formulə edən Ziya Gökalpın xüsusən, “Türk” anlayışına baxışı diqqətimizi cəlb edir. Bizcə, Gökalp da Hüseyinzadə kimi Türk, Türklük, Türkçülük anlayışının yalnız milli mənsubiyyət, etnosçuluq əsasında təqdiminin əleyhinə olmuşdur. O da, hesab etmişdir ki, Türk, Türklük, Türkçülük sosial-fəlsəfi bir sitemdir. Yəni Türk, Türklük, Türkçülük demək ancaq dil, gen-qan birliyi deyil, eyni zamanda bir şüur, dünyagörüş, ruhi-mənəvi bir məsələdir.[1]

“Türkləşmək” qavramına gəlincə, Türklüyə dönmək, Türklüyü yenidən idrak etmək anlamındadır. Başqa sözlə, “Türkləşmək” qavramında əsas vurgu vaxtilə Türk dünyagörüşünə, Türk fəlsəfəsinə sahiblənmiş, ancaq sonralar müxtəlif səbəblərdən ondan uzaq düşmüş olanlarla bağlıdır. Burada əsla və əsla hansısa qeyri-türk etnosları, xalqları zorla türkləşdirməkdən söhbət gedə bilməz, zira bunu heç bir anlamı da yoxdur. Eyni mənanı İslam dini, İslamlıq haqqında da deyə bilərik.

Ziya Gökalpda Türkçülük düşüncələrinin yaranmasında Əli Suavi, Yusif Akçura, Əli Bəy Hüseynzadə və başqa Türk aydınları mühüm rol oynamışlar. Hər halda Ziya Gökalpdan öncə bir çox Türk aydınları Türk millətinin yeni bir dönəmə qədəm qoymasını ümumilikdə İslam dininə, Qərb mədəniyyətinə üz tutmaqda, ya da Türklüyü mənimsəməkdə gördüyü açıq şəkildə özünü büruzə verirdi. Türkçülük və müasirləşmək (çağdaşlaşmaq) məsələsində Ə. Suavi, Y. Akçura və Ə. Hüseynzadənin ən ugurlu davamçısı Z. Gökalp olmuşdur. Ziya Gökalp bir tərəfdən onlardan Türkçülük (turançılıq), İslamlaşmaq, Qərbləşmək ideyalarını mənimsəmiş, digər tərəfdən isə onları formulə etməyə çalışmışdır. Özəlliklə, Ə. Hüseynzadənin “İslam imanlı, Türk qanlı və Avropa qiyafəli” düsturunu mənimsəməsinin sonucu olaraq Gökalp “Türk millətindənəm, İslam ümmətindənəm və Qərb mədəniyyətindənəm” ideyalarını daha da zənginləşdirmişdir.

Yusuf Akçuraya görə “Türkleşmek, İslamlaşmak ve Muasırlaşmak” ideyasının “asıl babası” Əli Bəy Hüseynzadə olsa da, ancaq onu yaşadan, türkçülərə yaxşıdan yaxşıya mənimsədən Gökalp olmuşdur: “Hüseyinzadə Ali bey də basit ve hadsi bir ifadeden ibaret kalan bu esaslı fikirler, Ziya bey tarafından çok işlenmiş, çok tamık ve tevsi edilmiş ve mahza onun tahriri ve şifahi telkinleri sayesinde bugünkü kıymet ve ehemiyyetini kazanmıştır”.[2] Hilmi Ziya Ülken də təsdiq edir ki, bu üçlü görüş (türkləşmək, islam­laş­maq və avropalılaşmaq) daha öncə bir az bəlirsiz olaraq Ali Suavi tərəfindən irəli sürülüb müdafiə olunsa da, onun əsas ideyavericisi Hüseynzadə, tamamlayıcısı isə Gökalpdır: “Fəqət Ali Suavi, hənüz Türkçülüyün oyanmadığı və Namiq Kamalın Osmanlı-İslam görüşünün hakim olduğu bir dövürdə yaşadığı üçün fikirləri unudulmuşdu. Hüseynzadənin təklifi tam zamanındaydı... Sonralar bu fikir hərarətli tərəfdar buldu. Gökalp türkləşmək, islam­laş­maq və avropalılaşmaq adlı məqalələrini və 1918-ci ildə bu məqalələrdən ibarət kitabını yayınladı”.[3]

Doğrudanda 1910-cu illərdə Ziya Gökalp “Türkləşmək, Müasirləmək və İslamlaşmaq” ideyasının qızğın tərəfdarlarından biri kimi ortaya çıxmış, bununla bağlı “Türk yurdu”nda silsilə məqalələr yazmağa başlamışdır. Ə.Hüseynzadənin “İslam əqidəli, Türk qanlı və Avropa qiyafəli” düsturundan çıxış edən Türk millətindənəm, İslam ümmətindənəm devizləri ilə yanaşı, “Qərb mədəniyyətin­dənəm” də deyirdi.[4] 1912-1913-cü illərdə “Türk yurdu” jurnalında dərc etdirdiyi “Türkləşmək, İslamlaşmaq və Müasirləşmək” başlıqlı silsilə məqalələrində Ziya Gökalp yazırdı: “Türkləşmək və islamlaşmaq ülküləri arasında bir çatışma olmadığı kimi, bunlarla çağdaşlaşmaq ehtiyacı arasında da çatışma mövcud deyildir… Sonucda, hər birinin təsir çərçivələrini bəlirləyərək bu üç amacın üçünü də qəbul etməliyiz; yaxud, daha doğrusu, bunların bir ehtiyacın üç müxtəlif nöqtədən görülmüş çevrələr olduğunu anlayaraq “çağdaş bir İslam Türklüyü” yaratmalıyız”.[5] Türkiyə tədqiqatçısı A.Gökdəmir hesab edir ki, Gökalpın bu üç kəliməsi Türk sosial fəlsəfəsinin ən geniş çevrəsini vermişdir: “Türk ve müslüman oluş, tarih içindir tekevvün eden milli realitemizdir: yeni bir heyat içinde şekillenmesine, kalkınmasına, güclenmesine, yüceltilmesine çalışılan topluluk Türk milletidir ve bu millət müslümandır. Batı medeniyeti ise, yeryüzünde hiç bir topluluğun ilgisiz ve dışında kalmayacağı bir büyük dünya gerçekliyidir”.[6]

Üçlü düsturun (Türkçülük, İslamçılıq və Müasirləşmək) mahiyyətinə varmaq anlamında Gökalp Türk cəmiyyətindəki mühafizəkarlıq və yeniləşmə məsələsinə də ciddi önəm vermişdir. Burada da Gökalpın məqsədi ənənə, gələnək və qaydaların mühafizəkarlıqla yeniləşmə arasında hansı şəkildə öz varlığını ifadə etrməsidir. Gökalp hesab edirdi ki, türklər ingilislərdən fərqli olaraq qanun-qaydaları sevsələr də gələnəkçi deyillər! O, yazırdı: “Türklük ve İslamlıkla ilgili geleneklerimizin birbiri ardına gelen tarihsel evrelerini aramadığımız gibi, yüzyılımızı başka yüzyıllardan ayıran ilerlemelerin kaynağını ve gelişmesini de incelemeye gerek görmeyiz. Bizim için, yalnız sonuçlar gerekli. Türklük, İslamlık, birbiri ardınca yükselip alçalmalardan, edimsel ve inançsal kurallar biçiminde tortular bırakmış; Avrupa uygarlığı, bir çok yükseliş ve dönüşmelerinden sonra, bize bir takım bilimsel uygulayımsal ilkeler olarak görünmüştür”.[7]

Beləliklə, Gökalpa görə üçlü düstur açısından mühafizəkarlıq və yeniləşmə məsələlərinə yenidən baxılmalıdır. Belə ki, Türklüyün və İslamlığın ənənələrinə, gələnəklərinə tamamilə “mühafizəkarlıq” damğası vurub onlardan imtina etmək doğru deyildir. Özəlliklə, Türk tarixinə, Türk mifologiyasına, Türk ədəbiyyatına, Türk dilinə, Türk memarlığına, Türk musiqisinə yenidən baxılmalı, oradakı Türk ruhu ortaya qoyulmalıdır. Gökalp yazırdı: “Türklüğün sözcüklerde, öykülerde, masallarda, destanlarda izleri kalmış bir ülküsü vardır ki, bunu bu dağınık kalıntılar arasından bulup çıkarmak ve bunda bulunan kavimsel “tarih öncesi”ni keşfetmek, en büyük görevimizdir”.[8] Gökalpın bu fikirləri də bir daha təsdiq edir ki, Tanrıdan türklər üçün göndərilmiş kitabı yoxdur tezisi doğru deyildir. Türkün kitabı olub, sadəcə o, sonralar müxtəlif qalıqlar formasında bizlərə çatmışdır.

Gökalp hesab edirdi ki, Türklük kimi İslamlıqla ilgili təşkilatların, təsisatların da gələnəklərini, tarhini eninə boyuna incələməli, xüsusilə kəlamın, təsəvvüfün, fiqhin tarixlərini bilməliyik. Onun fikrincə, Türklük və İslamlığın “mühafizəkarlığ”ını doğru şəkildə mənimsəyib yeniləşməklə bağlamaqla yeni bir “İslam-Türk” tarix fəlsəfəsi ortaya qoya bilərik.[9] Bununla yanaşı, o, kültür və sivilizasiya məsələsində də ağılla biliməəsaslanan “Türk İslam kültürü yaratmaya çalışmalıyız” deyirdi.

Ümumiyyətlə, Gökalpın üçlü düsturunun əsil mahiyyəti çağdaş ruhlu “İslam Türklüğü”, “Türk İslam” kültürü, “İslam-Türk” tarix fəlsəfəsində ifadə olunmuşdur. Bu fəlsəfəyə görə də, Türkçülük İslamlıq, İslamlıq isə elə Türklük deməkdir. Gökalpın belə bir fikrə gəlməsinə səbəb yanlış olaraq Türk xalqlarının hamısını müsəlman hesab edərək, müsəlman olmayan türkləri nəzərə almaması idi: “Türklerin hepsi İslam olduğu için, Türkçüler hiç bir zaman İslam ümmetçiliğine aykırı bir duygu beslemeyecektir. Aynı zamanda Türkçüler, çağdaşlaşmak için, Müslüman olmayan kavimler hakkında bu uygarlık yüzyılın gerektirdiği sayğılı tutumu koruyacaklardır”.[10]

Türkçülərin Türk birliyi və Turan ülküsü düşüncələrinə gəlincə, Gökalp hesab edirdi ki, hazırda dünyada Türk xalqlarının dil və mədəniyyət baxımından birbirindən uzaqlaşdırılması siyasəti yürüdülməkdədir. Gökalpa görə, İsmayıl Bəy Qaspıralının dildə birlik ideyasını bir kənara qoyub yerli Türk ləhcələrini inkişaf etdirmək istəyənlər düşmənlərin çörəyinə yağ çəkənlərdir. Onun fikrincə, Türk aydınlarının tək məqsədi ortaq türkcəni qoruyub yaşatmaq olmalıdır. Türk xalqlarının ortaq mədəniyyəti məsələsi ilə bağlı olaraq isə Gökalp yazırdı ki, bu, Türkçülüyün əsas amallarından biridir. Onun fikrincə, Avropa sivilizasiyasının içində Türk xalqlarının ortaq kültürünün, mədəniyyətinin yaradılmasına çalışılmalıdır. Gökalp yazırdı: “Kısacası, İstanbul dilinin ulusal dil olarak benimsenmesi ve Avrupa uygarlığı içinde bir Türk kültürünün yaratılmasına çalışılması, bir Türk ulusun kurulmasına yardımcı olacak ve Osmanlı, Kıpçak, Özbek, Kırğız gibi adlar bölgesel adlar olarak kalacaktır”.[11]

[1] Kocakaplan İsa. Ziya Gökalp. Türk Edebiyatı Vakfı Yayınları, 2009, s.31-32

[2] Akçura, Yusuf. Gökalp Ziya bey hakkında hatıra ve mülahızalar. İstanbul. Türk yurdu”, Cilt 15-1, ayı164-3, Ondördüncü sene, Aralık, 1924, s.44-45

[3] Ülken, H. Z. Türkiyede Çağdaş Düşünce Tarihi. İstanbul, Ülken, 2013,s.337

[4] Gökalp, Ziya. Türkçülüyün əsasları.Bakı, Maarif, 1991, s.63

[5] Gökalp, Ziya. Türkleşmek, islamlaşmak, muasirleşmek. İstanbul, Akvaryum, 2005, s.19-20

[6] Gökdemir, A. Düşüncə tarihimizden portreler. İstanbul, Bayrak, 2005, s.218

[7] Gökalp, Z. Türkleşmek, islamlaşmak, muasirleşmek. İstanbul, Akvaryum, 2005, s.27

[8] Yenə orada, s.28

[9] Yenə orada, s.29

[10] Yenə orada, s.45

[11] Yenə orada, s.63

OXŞAR XƏBƏRLƏR

“Kulturologiyada metodoloji axtarışlar”ın tədqiqinə yeni baxış

10:11

Rafiq Əliyevin ilkə atdığı imzalar

09:58

İnam Ata (Asif Ata) - Tarixə çatmaq. Babəkliyimiz

09:46

Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabi

09:22

Yeni Avrasiya… Köhnə təhlükəsizlik mexanizmləri

13 Fevral 10:07

Rəsulzadə Kalvadan keçməklə Lahıca necə gedib?

10 Fevral 11:06

Fiziki sağlığın özülündə ruhsal sağlıq durur

10 Fevral 10:51

Sükut rəngində işsq - Giya Paçxataşvili – 65

10 Fevral 10:34

Azərbaycanın Gürcüstandakı ilk səfirliyi harada yerləşib?

10 Fevral 10:12

Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabi

10 Fevral 09:44

Türkçülük təliminin mahiyyəti: siyasi-ideoloji, yoxsa sosial-fəlsəfi cərəyan

10 Fevral 09:11

Xızırlı günlərin sorağında - (Xızır Nəbi bayramına ithafən)

9 Fevral 16:24

Azərbaycana qarşı dezinformasiya hücumları… TDT-dəki "birləşdirici həlqə” rolumuz

5 Fevral 14:48

Zayed Mükafatı fonunda sülh: Abu-Dabidə deyilənlər və deyilməyənlər

5 Fevral 10:08

Mən səni yazdıqlarından tanıyırdım, Gülnarə Cəmaləddin

4 Fevral 15:01

Eynşteyndən Epşteynə – DÜNYANIN HALI…

4 Fevral 14:38

Milli inkişafın ideoloji dayağı: gənclik faktoru

3 Fevral 19:38

Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabi

3 Fevral 10:58

REKLAM SAHƏSİ

MANŞET XƏBƏRLƏRİ

600-dən çox bal toplayan gənclərin əsgərlik yeri açıqlandı - RƏSMİ

09:30

Vüqar Qurbanovu TƏBİB-də o əvəzləyəcək - DOSYE

16 Fevral 14:28

400 dərmanın Azərbaycana gətirilməsində problem yaranıb: Nə baş verir?

16 Fevral 13:18

Azərbaycan qazını idxal edən 11 NATO ölkəsi – SİYAHI

16 Fevral 12:23

Azərbaycanda vəzifədən çıxarılan MƏŞHUR GENERALLARIN yerinə TƏYİNATLAR

16 Fevral 11:38

Ramazan və Novruzla bağlı 11 gün iş olmayacaq

16 Fevral 11:30

SON XƏBƏRLƏR

Bu gün Yalançı çərşənbədir

10:57

Qraham: Tramp İranla bağlı qərarı tezliklə verəcək

10:46

Paşinyan Azərbaycanla bağlı vəd istədi, Vens söz vermədi

10:45

Paşinyanla Akopyan ayrıldı

10:34

“Kulturologiyada metodoloji axtarışlar”ın tədqiqinə yeni baxış

10:11

Paşinyan hökumətində dəyişiklik: Kimlər vəzifəsini itirir? - SİYAHI

10:10

Bu gün Çempionlar Liqasında pley-off mərhələsi başlayır - TƏQVİM

10:05

Rafiq Əliyevin ilkə atdığı imzalar

09:58

Evinin sənədi olmayanlara vacib xəbər: Bu halda 15 günə çıxarış alacaqsınız

09:52

İnam Ata (Asif Ata) - Tarixə çatmaq. Babəkliyimiz

09:46

Ağdama növbəti köç: 120 ailə… – FOTOLAR

09:37

Şairlərin qibləsi – Aşıq Ələsgər 205

09:34

600-dən çox bal toplayan gənclərin əsgərlik yeri açıqlandı - RƏSMİ

09:30

Qızılın qiymətində eniş başladı

09:22

Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabi

09:22

Xərçəng hüceyrələrini məhv edən meyvə...

09:18

Ukraynaya veriləcək bir dənə də raket yoxdur - Alman nazir

09:15

Türkçülük təliminin mahiyyəti: siyasi-ideoloji, yoxsa sosial-fəlsəfi cərəyan

09:11

SON XƏBƏR: Rusiyada azərbaycanlı vəkil Ələkbər Qarayev həbs olundu

00:11

ABŞ F-35-ləri kütləvi şəkildə Yaxın Şərqə göndərir

16 Fevral 23:52

“Putin dəstəkləsə, prezidentliyə namizəd olaram” − Kadırov

16 Fevral 23:32

Moskvada azərbaycanlı ər-arvad canlarına qəsd etdilər

16 Fevral 23:09

"TEKNOFEST-2026" texnologiya yarışmasına qeydiyyat prosesi başlayıb

16 Fevral 23:04

Epşteyn işi Fransanı qarışıqlığa saldı: Parisdə basqınlar

16 Fevral 23:03

Dr. Şəmsəttin Kuzəçinin “Kərkükün günəşi” kitabının təqdimatı keçirildi

16 Fevral 22:54

ABŞ-da Pokemon kolleksiyaçısının kartı 16,5 milyon dollara satıldı

16 Fevral 22:49

Gülərüz qəhrəmanın əbədiyyət nəğməsi: Mayor Elnur Quliyev

16 Fevral 22:47

Sensasion: “F-35 səmada iPhone kimidir – sındırıla bilər”

16 Fevral 22:41

Yardım adı altında kart və şəxsi məlumatlar ələ keçirilir - Əhaliyə XƏBƏRDARLIQ

16 Fevral 22:23

Putinin Cenevrədəki addımı: Danışıqlar qrupuna ətraflı təlimatlar

16 Fevral 22:13

ABŞ–İran danışıqları fonunda Netanyahunu hədəf alan animasiya qalmaqal yaratdı

16 Fevral 22:03

Rusiya hibrid hücuma başlayır! Almaniya Baltik dənizinə 100 tank göndərir

16 Fevral 21:42

Şara: Əsrlər boyu davam edən mübahisələrə qarışmırıq

16 Fevral 21:22

Rusiyadan azərbaycanlılara ŞOK QADAĞA

16 Fevral 21:22

Sabah ilin ilk Günəş tutulması olacaq

16 Fevral 21:10

Ukrayna ilə bağlı böyük səhvə yol verdik - Stoltenberq

16 Fevral 21:01

Suriyada partlayış: Yaralılar var

16 Fevral 20:59

Qiymət artanda bahalaşdırırlar: Ucuzlaşanda isə...

16 Fevral 20:49

Mehriban Əliyeva yenidən bu qurumun prezidenti seçildi

16 Fevral 20:16

Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Zəngin irs, güclü gələcək” layihəsinin icrasına başlanıb

16 Fevral 19:00

Daha çox xəbər

Bütün xəbərlər

ÇOX OXUNANLAR

Ermənistanda “Seks Nazirliyi” yaratmaq təklif olundu - VİDEO

5 Fevral 15:20

Zelenski etimadını itirdi: Xalq görün kimi seçdi

19 Yanvar 22:16

“Facebook”da Azərbaycan Prezidentinin adından reallığı əks etdirməyən açıqlama yayıldı, MEDİA “Meta”ya çağırış etdi

22 Yanvar 17:12

500 manatlıq əsginası olanların NƏZƏRİNƏ - Mərkəzi Bank açıqladı

20 Yanvar 17:53

Rəşid Behbudov ailəsindən TƏŞƏKKÜR MESAJI

17 Yanvar 15:11

Bakının altında “gizli dəniz”: təhlükə var - Gerçəklər bir-bir ÜZƏ ÇIXIR

22 Yanvar 21:02

Naxçıvan Muxtar Respublikası: Tarixi Dövlətçilikdən Strateji Yüksəlişə

9 Fevral 21:06

“Gecə yarısı İrandan Heydər Əliyevə zəng etdim ki...” – Keçmiş səfir sirləri açır

19 Yanvar 16:04

MEDİA nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər – FOTO

20 Yanvar 15:36

Belə kartof almayın! – Adamı zəhərləyir

18 Yanvar 12:42

12-ci erməni Qarabağdan niyə getmək istəmədi - Həkəri körpüsünə çatanda dedi ki...

27 Yanvar 22:43

60 yaşdan sonra daha uzun və sağlam yaşamaq üçün 5 VƏRDİŞ

18 Yanvar 10:52

Dövlət başçısının geyindiyi ayaqqabılar Davosa öz damğasını vurdu

23 Yanvar 15:44

Hər insan bir Qaf dağıdır

22 Yanvar 14:31

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
52
1
icma.az

2Источники