RU

Murat Dalkılıç, Kaan Tangöze və İsmail Hacıoğlu saxlanılıb

İstanbul Respublika Prokurorluğu tərəfindən aparılan narkotik istintaqı çərçivəsində aralarında tanınmış simaların da olduğu 17 nəfər saxlanılıb.

BAKU.WS xəbər verir ki, saxlanılanlar arasında müğənni Murat Dalkılıç, "Duman" qrupunun solisti Kaan Tangöze, aktyor İsmail Hacıoğlu və Kemal Doğulu da var.

Məlumata görə, əməliyyat zamanı bəzi şübhəlilərin üzərindən narkotik maddə aşkarlanıb. Belə ki, Kaan Tangözedən 17,6 qram marixuana, İsmail Hacıoğludan isə 33 qram marixuana götürüldüyü bildirilir. Digər saxlanılanlardan da müxtəlif miqdarda narkotik vasitə və sursat aşkar edildiyi qeyd olunur.

Faktla bağlı araşdırma davam etdirilir.

Избранный
28
1
far.az

2Источники