ABŞ Prezidenti Donald Tramp Ukraynanın mümkün qədər tez danışıqlar masasına əyləşməsinin vacib olduğunu bildirib.
Leqal.info xəbər verir ki, bu barədə Tramp jurnalistlərə açıqlamasında deyib.
O deyib ki, Kiyevin qarşıdan gələn danışıqlar prosesində fəal iştirak etməsini gözləyir və Ukraynanın Rusiya ilə mümkün qədər tez bir zamanda razılığa gəlməsinə ümid edir.
“Ukrayna üçün ən qısa zamanda danışıqlar masasına əyləşməsi daha yaxşı olar. Demək istədiyim budur. Biz onların bunu etməsini istəyirik”, – Tramp vurğulayıb.
ABŞ lideri qeyd edib ki, Cenevrədə planlaşdırılan danışıqlar mühüm əhəmiyyət daşıyır və prosesin çətin olmayacağını düşünür: “Bu, böyük danışıqlardır və çox asan olacaq”.
Leqal.info
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта