RU

Paytaxt rayonlarının icra başçıları məsuliyyətə çağrıldı

Bakı. Trend:

Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın rayon icrahakimiyyətlərinin başçıları və şəhər kommunal xidmətlərininrəhbərlərinin iştirakı ilə növbəti müşavirə keçirilib. Bakı Şəhərİcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə,müşavirədə şəhərin sanitar təmizliyinin və onun yaz-yay mövsümünəhazırlığının vəziyyəti, əsaslı təmir, abadlıq və yaşıllaşdırmaişləri və o cümlədən qanunsuz tikintilərlə bağlı məsələlər müzakirəolunub.

İclasda çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı EldarƏzizov bildirib ki, Prezident İlham Əliyevin düşünülmüş vəuzaqgörən siyasəti sayəsində Azərbaycan özünün müasir tarixindəçiçəklənmə və tərəqqinin yüksək zirvəsinə çatmışdır. Vurğulanıb ki,qazanılan uğurların əsasında məhz Prezident İlham Əliyevin siyasidahiliyi və onun xalqla möhkəm birliyi durur ki, bu da Azərbaycanınbu günkü və gələcək inkişafının təminatıdır.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı qeyd edib ki, rayon icrahakimiyyəti başçıları rayonlarda olan nöqsanları operativ şəkildəaşkar edib aradan qaldırmalı, məsuliyyət və təşəbbüskarlığın bu günzamanın tələbi olduğunu yadda saxlamalıdırlar.

Eldar Əzizov Suraxanı, Qaradağ və Xəzər rayonlarında sanitartəmizlik məsələlərinin vəziyyətini kəskin tənqid edərək, burayonların bəzi qəsəbələrinin ümumşəhər standartlarından geriqaldığını qeyd edib. Yol verilən nöqsanlara görə Suraxanı Rayonİcra Hakimiyyətinin başçısına töhmət, Xəzər Rayon İcraHakimiyyətinin başçısına isə şifahi xəbərdarlıq elan edilib. Şəhərrəhbəri rayon başçılarından yerlərdə vəziyyəti yaxşılaşdırmaq üçüntəcili tədbirlərin görülməsini tələb edib. Töhmət alan SuraxanıRayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev çıxış edərək bütünçatışmazlıqların bir ay ərzində aradan qaldırılacağına sözverib.

Toplantıda paytaxt rayonlarinda təmizlik, abadlıq vəyaşıllaşdırma ilə bağlı məsələlər müzakirə olunub. Əldə edilənnəticələr qənaətbəxş hesab edilib, Novruz bayramına hazırlıq vəişlərin daha da təkmilləşdirilməsi üçün tapşırıqlar verilib.

Toplantıda rayonlarda qanunsuz tikintilərin monitorinqininnəticələrinə dair görüntülər təqdim edilib. Bu mövzu ciddi müzakirəedilərək aşkar edilmiş qanun pozuntuları əyani surətdə nümayişetdirilib. Qeyd edilib ki, bu kimi hallar əsasən paytaxtın Sabunçu,Qaradağ, Xəzər və digər rayonlarında aşkarlanıb. Bu kimi neqativhallarla mübarizə aparmaq üçün müvafiq tapşırıqlar verilib.

Bildirilib ki, müşavirədə verilən tapşırıqların icrasınanəzarəti icra hakimiyyətinin monitorinq qrupu həyata keçirəcəkdir.Yaz-yay mövsümünə hazırlıq məqsədilə qərargahın yaradılması vənəticələrin iki ay ərzində əlavə müzakirəyə təqdim edilməsi qəraraalınıb.

Xəbər yenilənəcək

Избранный
78
44
az.trend.az

10Источники