
ABŞ və İran arasında bu gün Cenevrədə yüksək səviyyəli danışıqlar baş tutacaq.
Missiya.Az xəbər verir ki, görüş Omanın Cenevrədəki səfirliyində baş tutacaq.
Məlumata görə, danışıqlarda ABŞ-ni Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və kürəkəni Carned Kuşner, İranı isə xarici işlər naziri Abbas Əraqçı təmsil edəcək.
Xatırladaq ki, tərəflər arasında bu ilk görüş fevralın 6-da Omanın paytaxtı Maskatda baş tutub.
Daşqın HəsənovMissiya.Az