Unikal.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Göygöldə məktəbdə zəhərlənən 10 şagird xəstəxanadan evə buraxılıb.
"Unikal" xəbər verir ki, hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq qurumlarla birgə araşdırma aparılır.
*** 09:25
Göygöl rayon C.Verdiyev adına Aşıqlı kənd tam orta ümumtəhsil məktəbi kütləvi zəhərlənmə halı ilə bağlı açıqlama yayıb.
Məktəbdən "Unikal"a bildirilib ki, dərs prosesi zamanı 10 nəfər şagird özünü pis hiss edib:
"Dərhal şagirdlər xəstəxanaya çatdırılıblar. Hazırda məktəblilər həkim nəzarətindədirlər, onların müayinəsi aparılır.
Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq qurumlarla birgə araşdırma aparılır", - deyə məlumatda bildirilib.
***
09:10
Göygöldə orta məktəbdə kütləvi zəhərlənmə olub.
"Unikal"ın məlumatına görə, hadisə ötən gün baş verib.
Belə ki, C.Verdiyev adına Aşıqlı kənd ram orta məktəbin 10-a yaxın aşağı sinif şagirdi dərs vaxtı özlərini pis hiss ediblər. Dərhal məktəblilər xəstəxanaya yerləşdiriliblər, onlara yardım edilib.
İlkin məlumata görə, şagirdlər məktəbdə yedikləri qidadan zəhərləniblər. Hazırda hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırmalar aparılır.
Tural Əhmədov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.