RU

Rusiyada azərbaycanlı vəkil Ələkbər Qarayev saxlanılıb

Rusiyada azərbaycanlı vəkil Ələkbər Qarayev saxlanılıb və barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib.

Oxuməni.az APA-nın məlumatına istinadla xəbər verir ki, Rusiya hüquq-mühafizə orqanları Qarayevi iki tanışı ilə birlikdə Krasnoyarsk şəhərində saxlayıb.

Rusiya İstintaq Komitəsinin Krasnoyarsk diyarı və Xakasiya Respublikası üzrə məlumatında qeyd olunur ki, Qarayev dələduzluq şübhəsi ilə saxlanılıb.

O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü hissəsi və 159-cu maddəsinin 4-cü hissəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli bilinir (mütəşəkkil qrup tərəfindən xüsusilə külli miqdarda dələduzluğa cəhd). Məhkəmə artıq vəkil barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.

Bildirilir ki, Qarayev və onun tanışları Krasnoyarsk diyarının ən böyük tikinti şirkəti olan "Sibryak" tikinti şirkətinin prezidenti Vladimir Yeqorovdan rüşvət alıblar.

Qeyd edək ki, Yeqorov özü hazırda dələduzluq ittihamı ilə ev dustaqlığındadır.

Oxuməni.az

Избранный
21
22
oxumeni.az

10Источники