RU

ABŞ-də xokkey matçında atışma - Ölənlər var

Bakı. Trend:

ABŞ-nin Rod-Aylend ştatında məktəb xokkey matçı zamanı atışmabaş verib. Nəticədə cinayətkar da daxil olmaqla üç nəfər həyatınıitirib, daha üç nəfər isə yaralanıb.

Trend xəbər verirki, bu barədə Amerika KİV-i məlumat yayıb.

Bildirilib, hadisə fevralın 16-da yerli vaxtla saat 14:00radələrində Potaket şəhərində baş verib. Həmin vaxt buz arenasında"Coventry" və "Blackstone Valley" məktəblərinin xokkey komandalarıarasında matçın başlaması planlaşdırılırdı.

İlkin məlumata görə, atəşi açan şəxs də daxil olmaqla iki nəfərhəlak olub, dörd nəfər isə xəstəxanaya yerləşdirilib. Lakin birmüddət sonra ölənlərin sayının üç nəfərə çatdığı — yaralılardanbirinin xəstəxanada vəfat etdiyi bildirilib. Yaralılardan üçününvəziyyəti ağırdır.

KİV-in məlumatına görə, hücum edən şəxsin kimliyimüəyyənləşdirilib — o, 56 yaşlı Robert Dorqan olub. Ölənlərdən biricinayətkarın oğlunun anası, xəstəxanada vəfat edən şəxs isə onunqohumudur. Polisin bildirdiyinə əsasən, Dorqan hadisədən sonraözünə qəsd edib.

Məqalədə:
Избранный
46
az.trend.az

1Источники