Fevralın 16-da saat 13:00 radələrində Göygöl rayonu ərazisində zəhərlənmə şübhəsilə 10 nəfər (7 kişi, 3 qadın) yeniyetmə Göygöl Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə APA-nın yerli bürosuna Göygöl Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
"Onlara digər dəqiqləşdirilməmiş qeyri-infeksion qastroenteritlər və kolitlər diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslərin hər biri ambulator müalicə üçün evə buraxılıb", məlumatda deyilir. .
***
09.06
Göygöldə orta məktəbdə kütləvi zəhərlənmə olub.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə C.Verdiyev adına Aşıqlı kənd ram orta məktəbində qeydə alınıb.
Belə ki, ötən gün dərs prosesi zamanı məktəbin 10-a yaxın aşağı sinif şagirdi özlərini pis hiss edib. Dərhal şagirdlər xəstəxanaya yerləşdirilib, onlara yardım göstərilib.
İlkin iddialara görə, şagirdlər məktəbdə yedikləri qidadan zəhərləniblər.
Məktəbdən APA-ya verilən xəbərə görə, hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq qurumlarla birgə araşdırma aparılır.