RU

“Neftçi”yə gələndən ardıcıl qələbələr görməmişəm” – Emil Səfərov 

“Çox super oyun keçdi. İstədiyimiz qələbəni aldıq. Daha yaxşısını da edə bilərik. Xeyli epizodlarımız oldu. Meydançaya görə dəyərləndirə bilmədik. Ardıcıl qələbələr bizə motivasiya verir. Komandaya özgüvən gəlib. Hədəfimiz avrokuboklara vəsiqə qazanmaqdır. Komandamıza güvənirəm. Tapşırığın öhdəsindən gələcəyik”.

Bu sözləri İdmanxeber.az saytına “Neftçi”nin futbolçusu Emil Səfərov “Kəpəz” qələbəsi (3:1) sonrası deyib. O, qarşıdakı “Qarabağ” oyununun təxirə salınmasının komandaya təsir edib-etməməsindən də danışıb:

“Bu barədə mənim nəsə deməyim doğru olmaz. Artıq qərar verilib. Deməli, belə daha uyğundur. Futbolçular üçün elə də fərqi yoxdur. Növbəti həftə oynasaq da olardı, oynamasaq da. Ancaq axır-əvvəl “Qarabağ”la üz-üzə gələcəyik”.

Yuri Vernidubun gəlişindən sonra fərqli mövqedə çıxış edən Səfərov daha sonra belə davam edib:

“Məşqçi belə qərar verib. Yəqin ki, sisteminə uyğundur. Mənə şans verir, bunun üçün ona təşəkkür edirəm. Çalışıb yaxşı oynamalıyam ki, güvənini boşa çıxarmayım. Mən bu kluba gələndən azarkeşlərdən ancaq dəstək görmüşəm. Açığı, “Neftçi”yə gələndən ardıcıl qələbələr görməmişəm. Çünki bu komandada oynamaq asan deyil. “Neftçi” ağır klubdur.

“Qəbələ”də olduğum kimi irəli getmək istəyirəm. Komandanın enişdə olması mənə də təsir edib. Ancaq yenidən ayağa qalxacağıq. Birlikdə yaxşı nəticələrimiz olacaq. Son vaxtlar milli komandaya dəvət almıram. Qayıtmaq vaxtıdır. Çünki “Neftçi”də çox şans qazana bilmədiyim üçün formada deyildim. Ancaq yavaş-yavaş düzələcək. Yenidən millidə oynamaq istəyirəm”.

Həsən Quluzadə

 

Избранный
26
idmanxeber.az

1Источники