RU

Azərbaycanın voleybol hakimi beynəlxalq oyuna təyinat alıb

ain.az bildirir, Idman.biz saytına əsaslanaraq.

Azərbaycanlı Beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov CEV Çempionlar Liqasının oyununda baş hakim olacaq.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.

Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən təyinat alan Eldar Zülfüqarov bu gün Yunanıstanda qadın voleybolçular arasında Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Olympiacos Piraeus” (Yunanıstan) və “Numia Vero Volley Milano” (İtaliya) qarşılaşmasının baş hakimi olacaq.

Matçın ikinci hakimi vəzifəsini isə macarıstanlı Aqnes Batkai-Katona icra edəcək.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
20
1
icma.az

2Источники