RU

Milli Məclis insan orqanlarının alveri ilə bağlı sənədi qəbul edəcək

Modern.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Milli Məclis daha bir beynəlxalq konvensiyanı ratifikasiya edəcək. 

Modern.az xəbər verir ki, bu gün Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasının günədliyinə əlavə edən məsələlərdən biri də,  “Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsidir.

Qeyd edək ki, Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası insan orqanlarının qeyri-qanuni götürülməsi və alverinə qarşı mübarizəni gücləndirmək məqsədilə qəbul olunmuş beynəlxalq hüquqi sənəddir. Konvensiya 2015-ci ildə Avropa Şurası tərəfindən qəbul edilib və insan orqanlarının kommersiya predmetinə çevrilməsini ağır cinayət kimi müəyyən edir. Sənədə əsasən, donorun azad və məlumatlı razılığı olmadan orqanların götürülməsi, orqan alverində vasitəçilik, maddi və qeyri-maddi fayda qarşılığında orqan köçürülməsi, eləcə də bu proseslərin təşkili və maliyyələşdirilməsi cinayət məsuliyyəti yaradır. Konvensiya yalnız tibbi personalı deyil, orqan alverində iştirak edən bütün şəxsləri, vasitəçiləri, təşkilatçıları və alıcıları da məsuliyyət subyekti kimi tanıyır. Sənədin əsas məqsədi insan ləyaqətinin və bədən toxunulmazlığının qorunması, sosial baxımdan həssas qrupların istismardan müdafiəsi və transmilli orqan alveri şəbəkələrinin qarşısının alınmasıdır. Konvensiya tərəf dövlətlərdən milli qanunvericiliyin uyğunlaşdırılmasını, effektiv istintaq mexanizmlərinin yaradılmasını və qurbanlara hüquqi, tibbi və psixoloji yardım göstərilməsini tələb edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
38
modern.az

1Источники