RU

ABŞ-də buz meydançasında silahlı hücum - 1 ölü, 4 yaralı

ABŞ-nin Rhode Island ştatının Pawtucket şəhərində buz xokkeyi oyunu zamanı silahlı hücum həyata keçirilib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Dennis M Lynch Arena adlı buz meydançasında baş verən hücumda ilkin məlumata görə, 1 nəfər həyatını itirib, 4 nəfər isə yaralanıb. Hadisə yerinə çoxsaylı polis və təcili yardım qrupları göndərilib, buz meydançası isə boşaldılıb.

ABŞ mətbuatı hücumçunun zərərsizləşdirildiyini bildirərək hadisənin iki yerli məktəbin kişilərdən ibarət xokkey komandaları arasında keçirilən oyun zamanı baş verdiyini açıqlayıb.

Избранный
31
manset.az

1Источники