RU

Nazirlər Kabineti mülkiyyət hüquqlarının dövlət qeydiyyatı barədə qərar verib

ain.az, Olke.az portalına istinadən məlumat verir.

Nazirlər Kabineti 5 oktyabr 2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları"nda dəyişiklik edib.

Ölkə.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərlə torpağın kateqoriyası (məqsədli təyinatı) dövlət torpaq kadastrında saxlanılan məlumatlara uyğun gəlmədikdə qeydiyyat orqanının vəzifəli şəxsləri 15 iş günü müddətində yerquruluşu sənədlərinin təhlili yolu ilə araşdırma aparır. Araşdırmanın nəticəsinə əsasən təqdim edilən sənədlərdə göstərilən məlumatların doğruluğu təsdiq edildikdə, əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alınır və dövlət torpaq kadastrında müvafiq düzəlişlər edilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
2
33
olke.az

10Источники