“Real”ın hücumçusu Vinisius Junior karyerası ərzində ən yaxşı komanda yoldaşının kim olduğunu açıqlayıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçunun seçimi Kərim Benzema olub:
“Ən yaxşı komanda yoldaşı? Benzema. Bir-birimizi anlamaq üçün bir baxış kifayət edirdi”.
Onlar 2018–2023-cü illərdə birlikdə “kral klubu”nun formasını geyiniblər.
Benzema 2023-cü ildə Madrid təmsilçisindən ayrılaraq Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubuna keçib. O, bir müddət əvvəl yenidən klubunu dəyişərək, “Əl-Hilal”ın sıralarına qoşulub.