Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” ilə bu Novruz xonçası müxtəlif uduşlarla zəngin olacaq.
Bayrama özəl yepyeni Poz-Qazan oyunu “Uduş xonçası”nda toplam 4 milyon manatdan çox uduş var. Qiyməti 3 manat olan lotereya biletlərinin ümumi sayı 2 000 000 ədəddir. Onlardan 669
133 ədədi uduşludur. Cəmi uduş məbləği isə 4 020 000 manatdır.
“Uduş xonçası”nda ən böyük uduş məbləği 25 000 manatdır. Bu məbləğdə uduş olan biletlərin sayı 3 ədəddir. 10 biletdə isə 1 000 manat qazanmaq şansı var.
Qaydalara gəlincə, “UDUŞLU SİMVOLLAR”dan hər hansı biri ətrafındakı xanalardan istənilən simvolla uyğun olarsa, müvafiq uduş qazanılmış sayılır. “BONUS” oyununda isə xanaların birində “Səməni” simvolu tapılarsa, altındakı məbləğ qazanılır. Biletlər Novruza özəl limitli sayda olduğu üçün elə indi şansınızı yoxlayaraq, bayram sevincini paylaşa bilərsiniz.