RU

Evinin sənədi olmayanlara VACİB XƏBƏR VACİB XƏBƏR

"Nazirlər Kabineti tərəfindən "Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları" təsdiq edilib. Təsdiq olunmuş yeni qaydalara görə, hüquqların dövlət qeydiyyatı üçün təqdim olunan sənədlərdəki torpaq kateqoriyası ilə dövlət torpaq kadastrındakı məlumatlar arasında uyğunsuzluq yaranarsa, qeydiyyat orqanının məsul şəxsləri tərəfindən 15 iş günü ərzində yerquruluşu sənədlərinin təhlili vasitəsilə araşdırma aparılmalıdır".

News365.az xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabında etdiyi paylaşımda məlumat verib.

Qeyd olunub ki, aparılan araşdırmanın nəticələrinə əsasən, təqdim edilmiş sənədlərdəki məlumatların düzgünlüyü təsdiqini taparsa, həmin əmlak üzərindəki hüquqlar dövlət qeydiyyatına alınır və dövlət torpaq kadastrında müvafiq düzəlişlər həyata keçirilir:

"Başqa sözlə, vətəndaş daşınmaz əmlakını qeydiyyata aldırmaq üçün müraciət edərkən, qeydiyyata cavabdeh olan dövlət orqanındakı məlumat fərqli olarsa, bu halda 15 iş günü müddətində dəqiqləşdirmə aparılır. Nümunə üçün, əgər vətəndaşın sənədində torpağın təyinatı tikintiyə icazə verirsə, lakin dövlət qurumunun məlumat bazasında həmin ərazi kənd təsərrüfatı təyinatlı torpaq kimi görünürsə, məlumatı dəqiqləşdirmək məqsədilə digər aidiyyəti qurumlara sorğu göndəriləcək. Sorğu nəticəsində vətəndaşın sənədinin doğruluğu təsdiqlənərsə, həmin daşınmaz əmlakın qeydiyyatı aparılacaq.

Ümumilikdə, tətbiq edilən yeni dəyişikliklər qeydiyyatsız evlərin sənədləşdirilməsi prosesində məlumatların dürüstləşdirilməsinə xidmət edəcək. Bu addım eyni zamanda mülkiyyət hüquqlarının tanınması və qorunması baxımından da xüsusi əhəmiyyət kəsb edir".

Избранный
20
30
news365.az

10Источники