RU

Rusiyada gecə ərzində 150-dən çox PUAzərərsizləşdirilib

Fevralın 17-nə keçən gecə Rusiya ərazisi üzərində 151 Ukrayna pilotsuz uçuş aparatı (PUA) məhv edilib.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasında bildirilib ki, hava hücumundan müdafiə vasitələri tərəfindən təyyarə tipli 151 PUA ələ keçirilərək zərərsizləşdirilib. Onlardan 50-si Qara dəniz, 29-u isə Azov dənizi akvatoriyası üzərində vurulub.

Məlumata görə, Kursk vilayətində bir, Bryansk vilayətində dörd, Kaluqa vilayətində 11, Krasnodar diyarında 18 pilotsuz aparat məhv edilib. Krım ərazisində isə 38 PUA-nın hücumunun qarşısı alınıb.

Nuriyyə NATİQQIZI

Избранный
24
12
redaktor.az

10Источники