RU

ABŞ prezidenti: Məncə, BMT ni də səfərbər edə biləcəyik

Mia.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Bu həftə Vaşinqtonda Qəzza Sülh Şurası çərçivəsində dünya liderləri bir araya gələcək. Onlar çox böyük məbləğdə pul yatırırlar və düşünürəm ki, bu, Qəzzadan daha da irəli gedəcək. Məncə, bütün dünyada sülh hökm sürəcək".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp Floridadan Vaşinqtona qayıdarkən təyyarədəki jurnalistlərin sualına cavabda deyib.

Tramp bildirib ki, bu prosesdə Birləşmiş Millətlər Təşkilatı (BMT) ilə əməkdaşlıq edirlər: "BMT öz potensialını tam olaraq reallaşdıra bilməyib. Amma onlar bizə bir az kömək edə bilərlər, amma dünyanın ən böyük liderləri Sülh Şurasında iştirak edirlər. Məncə, BMT-ni də səfərbər edə biləcəyik".

Samir MUSAYEV

MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
2
mia.az

1Источники