RU

BDYPİ yük avtomobillərinin sürücülərinə çağırış etdi

Bakı. Trend:

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edərəkbildirib ki, yük avtomobillərinin iştirakı ilə baş verən yolqəzalarının artması ciddi narahatlıq doğurur.

Trend xəbər verir ki, bu barədə BDYPİ-nin yükavtomobillərinin sürücülərinə çağırışında qeyd olunub.

"Təsadüfi deyil ki, yük avtomobillərinin sürücüləri tərəfindənyol verilən - sürət həddinin aşılması, ötmə və manevretməqaydalarının pozulması, sağ zolaq boş olduğu halda sol hərəkətzolağına yerləşərək arxadan gələn nəqliyyat axınına yol verilməməsikimi kobud qayda pozuntuları digər sürücülərin haqlı narazılığınasəbəb olmaqla yanaşı, həm də ciddi qəza riski yaradır.

Nasaz avtomobillərin istismarı, avtomobilin yorğun, yuxusuzhalda idarə olunması, yükün düzgün qablaşdırılmaması, sükanarxasında diqqəti yayındıran hərəkətlərə yol verilməsi, yolkənarında qanunsuz parklanma halları da yük avtomobillərininsürücüləri tərəfindən ən çox törədilən qayda pozuntularıdır.

Müşahidələr göstərir ki, avtomagistrallarda baş verənyol-nəqliyyat hadisələrinin əksəriyyəti məhz belə qayda pozuntularısəbəbindən baş verir.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha yük avtomobillərininsürücülərinə müraciət edərək, onları sadalanan qaydapozuntularından çəkinməyə, digər hərəkət iştirakçılarına hörmətləyanaşmağa, yüksək peşəkarlıq nümunəsi göstərməklə sürücülükmədəniyyətinə töhfə verməyə çağırır.

Unutmayaq! Yolda məsuliyyət özümüzün və digər hərəkətiştirakçılarının təhlükəsizliyi üçün vacibdir", - deyəbildirilib.

Избранный
78
35
az.trend.az

10Источники