RU

Ən fəal İctimai Şura müəyyənləşdi – QHT sədri nəticələri dəyərləndirdi

2025-ci il üzrə ən fəal İctimai Şura ictimai səsvermə yolu ilə müəyyənləşdirilib. ictimaishura.az platformasında keçirilən açıq onlayn sorğuda 18 mərkəzi icra hakimiyyəti orqanı yanında fəaliyyət göstərən İctimai Şuralar iştirak edib və 1976 nəfər səs verib. Sorğunun nəticələri artıq açıqlanıb. Nəticələrə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şura 70% səs (1384 səs) toplayaraq birinci olub.

"Sağlam İnkişaf və Maarifləndirmə" İctimai Birliyinin rəhbəri Anar Xəlilov QHT.az-a açıqlamasında sorğunun təşkilatçılarına təşəkkürünü bildiriib. O, sorğunun keçirilməsini cəmiyyətin diqqətini İctimai Şuraların fəaliyyətinə yönəltmək istiqamətində mühüm addım kimi qiymətləndiri:

"Ümumiyyətlə, bu gün İctimai Şuralar haqqında cəmiyyətdə fikirlər birmənalı deyil. Həm müsbət, həm də mənfi rəylər səsləndirilir. Bu yaxınlarda ölkə rəhbərinin ictimai nəzarətlə bağlı verdiyi açıqlama bu sahənin vacibliyinin aktuallığını bir daha təsdiq etdi. Həmin açıqlamadan sonra ictimai nəzarət institutları daha məsuliyyətli olmalı və fəaliyyətlərini müasir tələblərə uyğun qurmalıdırlar. Hesab edirəm ki, bu sorğunun keçirilməsi və onun nəticələri İctimai Şuraların bugünkü vəziyyətini və onlara verilən qiyməti cəmiyyətimizə çatdırmağa xidmət etdi. Təmsil etdiyim İctimai Şura sorğuda ikinci yerdə olsa da, biz hesab edirik ki, üzərimizə düşən vəzifəni tam yerinə yetirə bilmirik. Əslində, əldə etdiyimiz nəticəni də uğurlu saymaq olmaz".

QHT sədri həmçinin bildirib ki. bunun obyektiv və subyektiv səbəbləri var. İctimai Şuralarla bağlı qanunvericilik bazasının təkmilləşdirilməsinə ehtiyac olduğunu düşünürük. İnanıram ki, digər həmkarlarımız da bizim kimi bu sorğunun nəticələrini analiz edərək öz fəaliyyətlərində daha da aktiv olacaqlar:

"İctimai nəzarət bu gün cəmiyyətimiz üçün çox vacib və faydalıdır. Bu istiqamətdə atılan bütün təşəbbüslər alqışlanmalıdır. Biz də bu sorğunun keçirilməsini yüksək qiymətləndirir və təşəbbüskarlara uğurlar arzulayırıq".

 

Pərvanə Fərhadqızı

Избранный
69
qht.az

1Источники