
Barselonanın (Kataloniya) Manlyu bələdiyyəsindəki çoxmənzilli binada baş verən yanğın nəticəsində ən azı beş nəfər həlak olub, daha dörd nəfər isə yaralanıb.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə muxtar icmanın hökuməti məlumat yayıb. Yanğın beşmərtəbəli yaşayış binasının damında yerləşən və qanunsuz olaraq yaşayış sahəsinə çevrilən anbarda başlayıb.
Naməlum səbəblərdən içəridə olan insanlar alovdan qaçıb çölə çıxa bilməyiblər. Hadisə yerinə gələn xilasetmə briqadaları yanğını təxminən yarım saat ərzində söndürməyə müvəffəq olublar.
Hazırda hüquq-mühafizə orqanları hadisənin dəqiq səbəblərini müəyyənləşdirmək üçün araşdırma aparır.