RU

Alkaras və Sinner Dohadakı turnirdə iştiraklarına görə əhəmiyyətli bonuslar alıblar

Idman.biz saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Dünyanın 1-ci raketkası Karlos Alkaras və reytinqdə 2-ci Yannik Sinner Dohada keçirilən ATP-500 turnirində iştirak etdikləri üçün böyük məbləğdə mükafatlar alıblar.

İdman.Biz-in La Gazzetta dello Sport-a istinadən verdiyi məlumata görə, hər iki tennisçi gəliş və yarışda iştirak üçün təxminən 1,2 milyon dollar qazanıb. Hətta turnirin qalibi də bundan xeyli az - 529.945 dollar mükafat alacaq.

Mənbənin məlumatına görə, turnir sahibləri yarışa marağı artırmağa və nəticədə onu “Master”s turniri kimi təyin etməyə çalışırlar.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
14
1
icma.az

2Источники