RU

“İranla danışıqlara dolayı yolla qatılacağam” Tramp

ain.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı Tehran və Vaşinqton arasında çərşənbə axşamı Cenevrədə başlayacaq danışıqlarda “dolayı yolla” iştirak edəcəyini bildirib.

“Qafqazinfo” xəbər verir ki, Tramp bu barədə “Air Force One” təyyarəsində jurnalistlərə açıqlamasında deyib.

“Mən dolayı yolla bu danışıqlarda iştirak edəcəyəm. Bu, çox vacib olacaq”, – deyə o vurğulayıb.

ABŞ Prezidenti əlavə edib ki, Tehranın razılaşma əldə etmək istədiyinə inanır.

Tramp qeyd edib ki, İran sərt mövqedən çıxış etməyə çalışır, lakin ötən yay ABŞ-nin İranın nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra vəziyyətin dəyişdiyini düşünür.

Qeyd edək ki, danışıqlar ərəfəsində regionda gərginlik artıb. ABŞ-nin Yaxın Şərqə ikinci təyyarədaşıyan gəmi yerləşdirdiyi bildirilir. ABŞ rəsmiləri mümkün uğursuzluqehtimalında ordunun uzunmüddətli hərbi əməliyyat variantına hazırlaşdığını da istisna etməyiblər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
30
1
qafqazinfo.az

2Источники