525.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Salvador hərbi donanmasının hərbçiləri Sakit okeanda gəmilərdən birində yoxlanış aparıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Nayib Bukele sosial şəbəkə hesabında paylaşım edib.
Prezidentin yazdığına görə, sahildən 704 km aralıda Tanzaniya bayrağı altında üzən gəmidə 6,6 ton kokain aşkarlanıb. Bu, ölkə tarixində müsadirə olunan ən böyük narkotik partiyasıdır.
Əməliyyat zamanı 4 Kolumbiya, 3 Nikaraqua, 2 Panama və 1 Ekvador vətəndaşı saxlanılıb.
Qeyd edək ki, ilkin hesablamara görə, tapılan narkotikin qara bazarda dəyəri 165 milyon dollardır.
L.Tağıyeva
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.