RU

Messinin gəlişindən sonra gəlirlərini artırdılar

ain.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Argentinalı millisinin üzvü Lionel Messinin 2023-cü ilin yayında ABŞ-nin “İnter Mayami” komandasına keçməsindən sonra klubun maliyyə göstəriciləri yüksək səviyyəyə çatıb.

“Qafqazinfo” “Forbes”a istinadən xəbər verir ki, 2022-ci ildə klubun gəliri 56 milyon dollar idisə, ötən mövsüm bu rəqəm 200 milyon dollara qədər yüksəlib.

“Forbes” analitiklərinin 2026-cı il üçün yenilənmiş qiymətləndirməsinə görə, “İnter Mayami”nin hazırkı bazar dəyəri 1,35 milyard dollar təşkil edir. Bu göstərici ilə klub “Los-Anceles” (LAFC) komandasını geridə qoyaraq rəsmən MLS-in ən bahalı komandası statusuna sahib olub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
81
qafqazinfo.az

1Источники