RU

Nepal həvəskar alpinistlərə Everest zirvəsinə lisenziyaların verilməsini dayandıracaq

Bakı. Trend:

Nepal hakimiyyəti həvəskarlara Everestə (Comolunqma dağı,8848,86 m) dırmanma lisenziyalarının verilməsini qadağan etməkniyyətindədir.

Trend-in məlumatına görə, bu barədə "The Daily Telegraph" qəzetixəbər verib.

Məlumata əsasən, bu qərarın əsas səbəbi, məşhur bloqçular vəzəif təlim keçmiş alpinistlər də daxil olmaqla, planetin ən yüksəkdağının turistlərlə həddindən artıq sıx olması kimi göstərilib.

Nəşr Cənubi Asiya ölkəsinin turizm departamentinin direktoruHimal Qautamdan sitat gətirib. O qəzetə bildirib ki, Everestəqalxmaq üçün icazə "yalnız ərizəçinin əvvəllər Nepalda 7000 metrdənçox hündürlüyündə ən azı bir zirvəni fəth etdiyinə dair sübuttəqdim etməsindən sonra veriləcək".

Избранный
30
az.trend.az

1Источники