Startı yanvarın 28-də verilən Braziliya çempionatının 2026-cı il mövsümünün 2-ci turu da maraqlı faktlarla yadda qaldı. A seriyasının son çempionunun uğursuz startı ilk növbədə vurğulanmalıdı.
Mövsümə “San Paulu”ya 1:2 hesablı məğlubiyyətlə başlayan “Flamenqo”nun uğursuz startın acığını “İnternasyonal”dan çıxacağını düşünmək olardı. Hər halda, Filipe Luisin komandası bu rəqibini evdə qəbul edirdi. Lakin “Marakana”dakı matçda qalib müəyyənləşmədi. Hesabı fasilə ərəfəsində qonaq komanda açdı. Halbuki rio de janeyrolular oyun planında aşkar üstün idilər. Onların bütün canfəşanlıqları yalnız 2-ci hissədə məğlubiyyətdən qaçmağa kifayət etdi. Ötən mövsümün ən yaxşı oyunçusu seçilən uruqvaylı yarımmüdafiəçi De Arraskaeta 68-ci dəqiqədə penaltini qola çevirmək bacarığını bir daha göstərdi. Meydan sahiblərinin topa daha çox sahib olması nəticə vermədi. Beləliklə, son çempion yeni mövsümün üçüncü rəsmi oyununda da qələbə üzü görmədi.
Xatırladaq ki, Filipe Luisin komandası Braziliya Superkuboku oyununda “Korintians”dan iki cavabsız top buraxmaqla ilə titulla başlamaq şansından yararlana bilməmişdi. “Flamenqo”nun ölkə çempionatının 2-ci turundan sonra 1 xalla 14-cü yerdə olacağı heç güman edilmirdi...
Ötən mövsüm rio de janeyrolulardan 3 xal geri qalan “Palmeyras” da startda büdrəmişdi. Amma A seriyasının gümüş mükafatçısı “Atletiko Mineyro” ilə səfər oyununda (2:2) xal qazanmağı bacarmışdı. Vitse-çempion “Vitoriya” ilə ev oyununun nəticəsini böyük ölçüdə ilk yarıda müəyyənləşdirdi: Sekeyra, Qustavo Qomes və Maurisionun qolları san paululuların üç topluq üstünlüyünü rəsmiləşdirdi. Qonaq komanda fasilədən sonra fərqi iki topa endirsə də, Allan ilə Sosa matçın böyükhesablı nəticəsini müəyyənləşdirdi. 5:1 hesablı qələbə Abel Ferreyranın komandasını 4 xalla topların daha yaxşı fərqinə əsasən 2-ci yerə çıxardı.
Son mövsümün bürünc mükafatçısı da ilk turda büdrəmişdi. “Kruzeyro”dan ayrılan Leonardo Jardimə xələf olan Tite yeni komandasında səfərdə “Botafoqo”ya 0:4 hesablı məğlubiyyətlə debüt etmişdi. Belu Orizontedə baş tutan növbəti matç da ev sahibləri üçün uğursuz alındı. Titenin komandası “Koritiba”ya 1:2 hesabıyla uduzdu. Yeni mövsümə iki məğlubiyyətlə başlayan “Kruzeyro” sonuncu - 20-ci yerə düşdü.
“Kruzeyro”nun qapısından 4 cavabsız top keçirmələ ilk turdan 1-ci yerə sahib çıxan “Botafoqo” üçün Portu Aleqriyə səfər uğursuz alındı. Ötən ilin dekabrında Rio de Janeyro klubundan ayrılan italiyalı Davide Ançelottinin yerini tutan argentinalı Martin Anselminin yeni komandası “Qremio”ya 3:5 hesabıyla məğlub oldu. Meydan sahiblərinin hücumçusu Vinisius mövsümün ilk het-trikinin müəllifi oldu. O, “Botafoqo”lu Danilo ilə birlikdə hərəyə 4 qolla bombardirlərin yarışında şərikli liderdi.
Mövsüm “Braqantino” üçün əla başlayıb. Hər iki oyunda qələbə qazanan Vaqner Mançininin komandası 6 xalla vahid liderdi. A seriyasında “Braqantino”nu hərəyə 4 xal qazanan 6 komanda izləyir.
2-ci tur
Flamenqo - İnternasyonal 1:1
De Arraskaeta, 68-p. – Borre, 45+2.
Palmeyras - Vitoriya 5:1
Sekeyra, 24. Q.Qomes, 28. Maurisio, 45+5. Allan, 63. Sosa, 80 - Dudu, 56.
Kruzeyro - Koritiba 1:2
Mateus Pereyra, 19Laveqa, 45. B.Lopes, 53.
Qremio - Botafoqo RJ 5:3
Vinisius, 26; 50; 57-p. Tete, 60. Edenilson, 79Artur Kabral, 17. Danilo, 36; 86.
Braqantino - Atletiko Mineyro 1:0
Qustavinyo, 38.
Remo - Mirassol 2:2
Joao Pedro, 8. Alef Manqa, 39İqor Formiqa, 81. Foqaça, 89.
Santos - San Paulu 1:1
Ze Rafael, 45+5 - Kalyeri, 66.
Bayya - Fluminense 1:1
Olivera, 78 – Con Kennedi, 20.
Vasku da Qama – Şapekoense 1:1
X.Rodriges, 55 - Jean Karlos, 90+1.
“Atletiko Paranaense” – “Korintians” oyunu fevralın 19-na təxirə salınıb.
1. Braqantino 2 2 0 0 2-0 6
2. Palmeyras 2 1 1 0 7-3 4
3. Şapekoense 2 1 1 0 5-3 4
4. Mirassol 2 1 1 0 4-3 4
5. Bayya 2 1 1 0 3-2 4
6. Fluminense 2 1 1 0 3-2 4
7. San Paulu 2 1 1 0 3-2 4
8. Botafoqo RJ 2 1 0 1 7-5 3
9. Qremio 2 1 0 1 6-5 3
10. Atletiko Paranaense 1 1 0 0 1-0 3
11. Koritiba 2 1 0 1 2-2 3
12. Vitoriya 2 1 0 1 3-5 3
13. Atletiko Mineyro 2 0 1 1 2-3 1
14. Flamenqo 2 0 1 1 2-3 1
15. Vasku da Qama 2 0 1 1 2-3 1
16. İnternasyonal 2 0 1 1 1-2 1
17. Santos 2 0 1 1 3-5 1
18. Remo 2 0 1 1 2-4 1
19. Korintians 1 0 0 1 1-2 0
20. Kruzeyro 2 0 0 2 1-6 0
Bombardirlər: Vinisius (Qremio), Danilo (Botafoqo RJ) - 4, Jean Karlos (Şapekoense) - 2.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта