ain.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.
Lənkəran rayonunda bədbəxt hadisə baş verib.
“Unikal”ın məlumatına görə, hadisə rayonun Aşağı Nüvədi kəndi ərazisində qeydə alınıb. 1967-ci il təvəllüdlü Məmməd Quliyev balıq tutmaq məqsədilə **Xəzər dənizi**nin Lənkəran sahilinə gedib.
Məlumata görə, Xəzər dənizinin səviyyəsinin geri çəkilməsi nəticəsində sahilboyu ərazidə quyu və kanallar yaranıb. Həmin istiqamətdə baş verən dəyişikliklərdən xəbərsiz olan M.Quliyev kanala düşüb və dəniz suyu onu aparıb.
Nəticədə balıqçı dənizdə boğularaq həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Xəlil Əliyev

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.