RU

Gürcüstanda universitet çoxdur, keyfiyyət isə yoxdur

Gürcüstandakı universitetlərin sayı Niderland, İsveçrə və Avstriyadan çox olsa da, onların heç biri nüfuzlu beynəlxalq reytinqlərdə qərarlaşa bilməyib.

AzEdu.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze "İmedi TV"nin efirində bildirib.

Baş nazir qeyd edib ki, hazırda ölkədə 64 universitet fəaliyyət göstərir. Bu kəmiyyət göstəricisi bir çox Avropa ölkəsindən yüksək olsa da, təhsilin keyfiyyəti ciddi suallar doğurur. Kobaxidzenin sözlərinə görə, daxili rəqabətin olması hələ xarici bazarda rəqabətədavamlılıq demək deyil.

"Mövcud çətin vəziyyəti beynəlxalq reytinqlər riyazi dəqiqliklə təsdiqləyir. Məsələn, nüfuzlu “Times Higher Education” reytinqinə nəzər salsaq, Gürcüstanın heç bir ali təhsil müəssisəsi ən yaxşı 1200 universitet siyahısında yer almayıb. Hamısı bu pillədən aşağıdadır. Bu, universitetlərimizdə təhsilin keyfiyyətinin aşağı olmasının bariz göstəricisidir", - deyə Baş nazir vurğulayıb. (mənbə AZƏRTAC)

Избранный
6
4
azedu.az

5Источники