RU

Yol qəzalarının dəhşətli statistikasıVİDEO

Ötən il yol  qəzalarında 689 nəfər ölüb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumat yayıb. 2025-ci ildə ölkə ərazisində 1252 yol-nəqliyyat hadisəsi baş verib ki, 1026 nəfər də yaralanıb.

Rəqəmlər onu göstərir ki, hadisələr nəticəsində zərər çəkənlərin sayı 12,1 faiz azalaraq 1715 nəfər olub.  Qəzaların 44,5 faizi gündüz, 39,4 faizi gecə, 16,1 faizi isə toran vaxtı qeydə alınıb.

Maraqlıdır ki, yol qəzalarının 30,3 faizi həftəsonu, şənbə və bazar günləri baş verib. Yol hərəkəti qaydaları üzrə ekspert əsas səbəblər kimi sürət həddinin aşılması, yol hərəkəti qaydalarının pozulması və diqqətsizliyi göstərirlər.

Yol-nəqliyyat hadisələrinin 85,1 faizi yaşayış məntəqələrində qeydə alınıb. Bu qəzalar nəticəsində həlak olanların sayı 484 nəfər, yaralananların sayı isə 960 nəfər olub. Ekspert hesab edir ki, bəzi hallarda ağır qəzalara avtomobildəki texniki nasazlıq da səbəb ola bilir.

Yol Hərəkəti Haqqında qanunda da var ki, nəqliyyat vasitəsini saz vəziyyətdə saxlamaq hər bir sürücünün borcudur. Yəni sürücü vəxatında avtomobilinə texniki qulluq göstərməlidir ki, yollarda qəza riski azalsın.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Избранный
19
1
xezerxeber.az

2Источники