“Kəpəz”in sabiq kapitanı Yeqor Xvalkonun yeni klubu bəlli olub.
İdmanxeber.az-ın məlumatına görə, 29 yaşlı belaruslu müdafiəçi karyerasını Qazaxıstanda davam etdirəcək. O, “Atırau” ilə 1 illik müqavilə imzalayıb.
2022/2023 mövsümündən “Kəpəz”də çıxış edən Xvalko 95 çempionat oyununda 3 qol vurub və iki mövsüm komandanın kapitanlarından olub. O, daha əvvəl “Tobol”da da forma geyinib.