RU

Kadırov seçkilərdə iştirak etmək üçün yeganə tələbini açıqladı

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Çeçenistan rəhbəri Ramzan Kadırov qarşıdan gələn regional rəhbərlik seçkilərində iştirak etməyə hazır olduğunu bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə “İnsamer” nəşri məlumat yayıb.

Kadırovun sözlərinə görə, namizədliyini yalnız Vladimir Putinin dəstəyi olacağı təqdirdə irəli sürəcək.

Kadırov qeyd edib ki, Çeçenistanın baş naziri Maqomed Daudov ondan ilkin səsvermədə (praymeriz) iştirak etməyi xahiş edib.

“Vurğuladım ki, yalnız ümummilli liderimiz dəstək verərsə, namizədliyimi irəli sürməyə razı olaram”, – deyə Kadırov bildirib.

Qeyd edək ki, Ramzan Kadırov 2007-ci ildən Çeçenistana rəhbərlik edir və bölgənin siyasi həyatında əsas fiqur hesab olunur. Onun mümkün namizədliyi regionda siyasi sabitlik və Moskva ilə münasibətlər kontekstində diqqət mərkəzindədir.

Tahir Turan

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
82
globalinfo.az

1Источники