RU

Premyer Liqanın ən yaxşı qapıçısı bilindi

style='margin-bottom:10px;'>

İngiltərənin "Aston Villa" klubunun qapıçısı Emiliano Martinez cari mövsüm Premyer Liqanın ən etibarlı əlcək sahibi seçilib.

QOL.az xəbər verir ki, argentinalı dünya çempionu qurtarış faizinə görə liqanın lideridir. Onun göstəricisi 77% təşkil edir ki, bu da çempionatın ən yüksək nəticəsidir.

Statistikaya əsasən, Martinez bu mövsüm bütün turnirlərdə 28 dəfə meydana çıxıb. O, Premyer Liqada matça çıxdığı 22 oyunda qapısında cəmi 19 qol görüb.

Qeyd edək ki, "Aston Villa" hazırda 50 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşaraq liderlər qrupunda yerini möhkəmlədib.

Избранный
128
4
teleqraf.com

5Источники