RU

Karnavalda faciə: Buğa kişini öldürdü

Karnavalda faciə: Buğa kişini öldürdü

İspaniyada keçirilən "Buğa karnavalı"nın (Carnaval del Toro) ilk gecəsində yaşlı bir kişi heyvanın hücumuna məruz qalaraq həyatını itirib. Bu barədə "La Gaceta" nəşri məlumat yayıb.

Hadisə nəticəsində 71 yaşlı Eustakio Martina faciəvi şəkildə dünyasını dəyişib. Korrida zamanı buğa ona hücum edərək buynuzu ilə kişinin ürəyini və ağciyərini parçalayıb. Ağır yaralanan Martina dərhal xəstəxanaya çatdırılsa da, xəsarətlərin həyati əhəmiyyətli orqanlara dəyməsi səbəbindən həkimlər onun həyatını xilas edə bilməyiblər.

40 il sonra təkrarlanan ölüm

Qeyd olunur ki, bu, 1986-cı ildən bəri sözügedən karnavalda qeydə alınan ilk ölüm hadisəsidir. Təxminən 40 il əvvəl bənzər hadisə nəticəsində korrida iştirakçısı Miqel Anxel Qarson vəfat etmişdi.

Xatırladaq ki, bir müddət əvvəl Portuqaliyanın paytaxtı Lissabonda da oxşar hadisə baş vermişdi. Orada 22 yaşlı toreador izdihamın gözü qarşısında buğanın hücumuna məruz qalmış və aldığı ağır kəllə-beyin travmaları nəticəsində həyatını itirmişdi.

Избранный
95
afn.az

1Источники