RU

Həbib Nurməhəmmədov BƏƏ də ildə təxminən 45 milyon dollar qazanır

Idman.biz portalından verilən məlumata əsasən, ain.az bildirir.

Keçmiş UFC çempionu və hazırda Şöhrət Zalının üzvü olan rusiyalı qarışıq döyüş ustası Həbib Nurməhəmmədov BƏƏ-yə investisiya qoymaq üçün Rusiyadakı biznesini tərk edib.

İdman.Biz bu barədə Mash-a istinadən xəbər verir.

Nəşrin məlumatına görə, “KHABIB GYM” şəbəkəsinin illik mənfəəti təxminən 6 milyon dollar olub. Rusiyalı idmançının BƏƏ-dəki ümumi gəliri ildə təxminən 46 milyon dollar olaraq qiymətləndirilir.

Həbib Nurməhəmmədovun 37 yaşı var. O, UFC-də debütünü 2012-ci ildə edib, 2018-ci ildə yüngül çəkidə (70 kq-a qədər) çempion olub və titulunu üç dəfə müdafiə edib. O, 2020-ci ildə peşəkar döyüşdən təqaüdə çıxıb.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
48
1
icma.az

2Источники