RU

"Apple" ən ucuz noutbuklarını buraxacaq

Bakı. Trend:

“Apple” şirkəti yaxın zamanda ucuz “MacBook” noutbuklarınıtəqdim edəcək. Yeni noutbuklar müxtəlif rənglərdə buraxılacaq.

Trend xəbər verirki, bu barədə “Bloomberg”in texnologiya eksperti və insayderi MarkQurman sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, yeni noutbuklar “Mac” xəttinin bu vaxtakimi işıq üzü görmüş ən ucuz noutbukları olacaq. Cihazların sarı,yaşıl, göy, çəhrayı, gümüşü və tünd-boz çeşidləri olacaq.

“Apple”ın ən əlçatan noutbuku13 düymlük displey və “iPhone 18Pro” və “18 Pro Max” modellərində istifadə olunmuş “A18 Pro”prosessoru ilə təchiz ediləcək. Qurman ucuz noutbukun plastikkorpusa malik olacağı barədə şayiələri də təkzib edib: onunsözlərinə görə, model - bütün Mac cihazları kimi alüminium korpusasahib olacaq.

Qiyməti barədə rəsmi məlumat olmasa da, nəşrin yazdığına görəyeni “MacBook”un 699 dollara satılacağı gözlənilir.

Məqalədə:
Избранный
71
4
az.trend.az

5Источники