RU

Bu valyuta tarixə qovuşur

İsveç avronu qəbul etmək planını həyata keçirə bilər. Metbuat.az xəbər verir ki, buna səbəb İsveçin yerli valyutasının əhəmiyyətli dərəcədə dəyərdən düşməsidir. Bildirilir ki, Alman markası və Fransa frankı kimi, İsveç kronası da tarixə qovuşa bilər. Məlumata görə, ölkənin hakim dairələri Atlantik okeanının hər iki tərəfində artan geosiyasi risklərdən daha güclü qorunma təmin etmək üçün Avropa Birliyinin ortaq valyutasını qəbul etmək ideyasını yenidən nəzərdən keçirməyə başlayıblar. Bildirilir ki, bu qərar daha sıx inteqrasiyanı və birgə fəaliyyəti təmin edə, iqtisadi təhlükəsizlik potensialını artıra bilər. Lakin yerli valyuta olan kronu ləğv etmək İsveçin onilliklərdir qəbul etdiyi iqtisadi fəlsəfəyə ziddir.

Bu yanaşmaya görə, kron üzərində milli nəzarət iqtisadiyyatın idarə olunmasında vacib siyasət vasitəsi kimi qəbul edilir. Lakin bəzi dairələr İsveçin milli valyutasının tarixə qovuşacağını irəli sürüb.

Избранный
87
metbuat.az

1Источники